"Facebook"un USM xidməti də yarandı

14 Avqust 2012 18:15 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, "Facebook" istifadəçiləri doğulacaq uşaqları haqqında məlumat verə biləcəklər. Artıq istifadəçilər doğulacaq uşaqları haqqında xronikada məlumat verə biləcəklər. Hazırda funksiya bütün istifadəçilər üçün əlçatan deyil. "Facebook" yeni funksiyanın tətbiqini tədricən həyata keçirir.

"onliner.by" saytının yaydığı məlumatda bildirir ki, doğulacaq uşağı haqqında informasiya ilə paylaşmaq istəyən "Facebook" sosial şəbəkəsinin iştirakçısı həmçinin yaşadığı yeri göstərə, şərh yaza və foto yükləyə bilər.