Ölüm səfərinə püşk atanlar
26 Mart 2015 20:12 (UTC+04:00)
Fransada qəzaya uğrayan Almaniya təyyarəsində olan sərnişinlərin
maraqlı həyat hekayələri ortaya çıxmağa başlayıb.
Movqe.az Publika.az-a
istinadən xəbər verir ki, Almaniyanın Helzenkirhen şəhəri
yaxınlığında yerləşən bir liseydən İspaniyaya gedən 16 şagird
püşklə müəyyən edilmişdi.
İspaniya və Almaniya arasında həyata keçirilən şagird mübadiləsi
proqramına sözügedən liseydən 40 şagirdin qatılmaq istəməsi
məktəbin rəhbərliyini püşk atmağa məcbur edib və 16 nəfərlik qrup
müəyyənləşdirilib. Hələ adları açıqlanmayan 16 şagirdə iki müəllim
də qatılıb.
Qeyd edək ki, qəzada çoxu Almaniya vətəndaşı olmaqla 150 nəfər
həyatını itirib.