Aİ: Azərbaycan makroiqtisadi inkişafda böyük naliyyətlər əldə etdi
27 Mart 2015 10:02 (UTC+04:00)
Movqe.az-ın Trend-e istinadn
məlumatına görə, bu barədə Avropa Qonşuluq Siyasətinın Azərbaycanda
tətbiqi ilə bağlı hesabatda deyilir.
Hesabatda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi müsbət
dəyərləndirilib. Bildirilib ki, qeyri-neft sektorunda artım və
sosial sabitlik sayəsində makroiqtisadi mühit sabit qalıb.
Hesabatda Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və
enerji təchizatının diversifikasiyası istiqamətində Avropa İttifaqı
(Aİ) ilə Azərbaycan arasında strateji enerji tərəfdaşlığı sahəsində
mühüm irəliləyişin əldə olunması qeyd olunub. Bu baxımdan hesabatda
"Cənub" Qaz Dəhlizi" layihəsinin Aİ-Azərbaycan dialoqu üçün çox
vacib olduğu vurğulanıb.