"Chelsea" kapitanl müqaviləni yenilədi

27 Mart 2015 20:04 (UTC+04:00)
"Chelsea"nin müdafiəçisi Con Terri klubla müqaviləsinin müddətini daha bir il uzadıb.Movqe.az Goal.az-a istindən xəbər verir ki, Terrinin yeni müqaviləsi 2016-cı ilə kimi nəzərdə tutulub. 1998-ci ildə "Chelsea"nin heyətində debüt edən ingilis futbolçu 661 oyunda 63 qol vurub. Bu göstəriciyə görə Terri "Chelsea"nin tarixində ən məhsuldar müdafiəçidir. "Zadəganlar"ın forması ilə çıxış etdiyi 16 il ərzində 15 titul qazanan təcrübəli oyunçu İngiltərə millisində də 78 dəfə meydana çıxıb.