Neftin qiyməti yaxın illərdə $70-ı keçməyəcək

28 Mart 2015 11:00 (UTC+04:00)
Rusiya maliyyə nazirinin proqnozuna görə yaxın illərdə neftin qiyməti 70 dollardan artıq olmayacaq.

Anton Siluanov deyib ki, büdcə doldurulması üzrə dinamikanın mənfiyə doğru dəyişəcəyini gözləyir.

"İlin əvvəlindən martın 19-na kimi büdcə gəlirləri 6 faiz azalıb".
 

Movqe.az Milli.Az-a istinadən bildirir ki, bundan əvvəl Siluanov Rusiya valyutasının yeni neft qiymətinə uyğunlaşdığı üçün rublun zəifləməsinə heç bir əsasın olmadığını deyib.
 

Martın əvvəlində nazir 2015-ci ildə inflyasiya səviyyəsinin 12,2% olacağını bildirmişdir.
 

Hazırda isə o inflyasiya səviyyəsinin 12 faizdən aşağı olacağını hesab edir.