Cəbhədə erməni təxribatı davam edir
28 Mart 2015 12:05 (UTC+04:00)
Erməni silahlı bölmələri cəbhənin müxtəlif
istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 44 dəfə
pozub.
Movqe.Az-ın Azərbaycan Müdafiə Nazirliyinin rəsmi
saytına istinadən verdiyi məlumata görə, Ermənistanın İcevan
rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən
Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq
kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə
tutulub.
Goranboy rayonunun Talış, Tərtər rayonunun
Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Sarıcalı, Şıxlar, Şuraabad,
Kəngərli, Novruzlu, Yusifcanlı, Mərzili, Qaraqaşlı, Nəmirli,
Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz,
Aşağı Seyidəhmədli, Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun
Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli
və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz
qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.