Obama kralla danışdı
28 Mart 2015 17:08 (UTC+04:00)
Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti ilə
Səudiyyə Ərəbistanı kralı arasında telefon danışığı
olub.
Movqe.az-ın Anspress-ə istinadən məlumatına görə, ABŞ
prezidenti Barak
Obama ilə Səud
kralıSalman bin Abduləziz
əl-Suud arasında baş tutan danışıqda
Yəməndəki vəziyyət müzakirə edilib. Bu barədə Ağ Evin mətbuat
xidməti xəbər yayıb.
Açıqlamada bildirilir ki, danışıqda hər iki ölkə
arasında güclü dostluq, tərəfdaşlıq əlaqələrinin olduğu vurğulanıb.
Yəmən prezidenti Abdurrabbu Mənsur
Hadinin tələbi ilə Səudiyyə Ərəbistanı
Körfəz Əməkdaşlıq Şurası ölkələri və digərlərinin keçirdiyi
əməliyyatı dəstəklədiyini bildirən Obama, həmçinin rəsmi
Vaşinqtonun Səudiyyə Ərəbistanına təhlükəsizlik məslələrində kömək
edəcəyini də bəyan edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin
Abduləziz əl-Suudun bu gün və sabah keçirilməsi nəzərdə tutulan
Ərəb Dövlətləri Liqası sammitində də Yəməndəki vəziyyəti müzakirə
edəcəyi gözlənilir.