"Yeni alınan cihazların çoxunu hələlik otaqlar təmir olunduğu
üçün quraşdırmamışıq. Otaqların təmiri başa çatandan sonra
laboratoriyalarda cihazlar quraşdırılacaq", - deyə Nazir Sadıxov
bildirdi.
Laboratoriyalar üçün təqribən 1 milyon manata yaxın yalnız analiz
üçün lazım olan aparatlar alınıb. Təkcə "Jeol" adlı cihaz 450 min
manata başa gəlib. Bu mikroskopla bor elementindən uran elementinə
qədər bütün elementləri, təyin edir, o cümlədən çox kiçik
hissəcikləri 300 min dəfə böyüdərək onların şəklini çəkmək
olar.
Nazir Sadıxovun sözlərinə görə, laboratoriyada zəlzələ ilə bağlı
araşdırmalar aparmaq üçün də müəyyən cihazlar quraşdırılacaq:
"İnstitumuzda da geodinamikaya aid bir neçə cihazlar alınıb və hələ
də belə aparatlar alınacaq. Atom-absorbsiya, spektrofotometr,
AAS-3N tipli cihazlar almışıq".
Həmin cihazlar vasitəsilə neft, qeyri-neft sektorunda, təbii
fəlakətlərin öyrənilməsi sahəsində və müxtəlif istehsal
müəssisələrində analizlər aparılması üçün istifadə edilir.
"Azərbaycanda istehsal olunan sement və digər məhsulların
tərkibinin öyrənilməsi bizim institutun laboratoriyasında həyata
keçirilir. Ölkəyə gətirilən məhsulların da tərkibinin
öyrənilməsində bizim institutun laboratoriyasından istifadə edilir.
Həmçinin suların da tərkibi institumuzda yoxlanılır. İçməli su,
texniki su, qrunt sularının tərkibi də laboratoriyalarımızda
öyrənilir".
Bundan başqa, Nazir Sadıxov deyir ki, laboratoriyaya yeni, bu vaxta
qədər Azərbaycanda olmayan neft sektorunda analizlər aparmaq
cihazlar da quraşdırılacaq.
"İnstitutumuz "Azərbaycan nefti" adlı layihəsinin qalibi olub.
İnstitutumuza neft, qeyri-neft sektoruna aid yeni cihazlar
alınacaq. Aparatların bəziləri artıq alınıb. Gözləyirik ki, bu
yaxınlarda institutumuza 400 min manatlıq yeni cahazlar alınacaq",
- deyə Nazir Sadıxov bildirdi.
Qeyd edək ki, bu ilin əvvəlində Respublika Prezidentinin sərəncamı
ilə Dövlət Büdcəsi hesabına əsaslı təmirə başlanan Geologiya
İnstitutu gələn il tamamilə yeni görkəm alacaq.