Şirvanda dükan yardılar

28 Mart 2015 19:02 (UTC+04:00)
Şirvan şəhərində yerləşən ərzaq mağazalarından birində oğurluq hadisəsi baş verib.

 

Movqe.Az APA-ya istinadən bildirir ki, Şirvan polis şöbəsindən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri çərçivəsində məlum olub ki, Şirvan sakini, 1993-cü il təvəllüdlü Quluzudə Nurlan Bəhrəm oğlu mağazanın şüşəsini sındıraraq içəri daxil olub.

 

Mağazadan 200 manat məbləğində siqaret və digər ərzaq məhsulları oğurlayan N. Quluzadə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.