Abituriyentlərin qeydiyyatına başlandı

29 Mart 2015 14:31 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti sınaq imtahanında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatına başlayıb. Komissiyadan  Movqe.az-a verilən məlumata görə, abituriyentlər üçün üçüncü sınaq imtahanı aprelin 19-da keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 30-dan etibarən aparılması nəzərdə tutulur. Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.