Bu günə gözlənilən hava şəraiti

15 Avqust 2012 12:22 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında avqustun 15-də hava şəraitinin əsasən günəşli keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-27, gündüz 36-38, bəzi yerlərdə 40 dərəcə isti təşkil edəcək. 
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə avqustun 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 36-39, bəzi yerlərdə 42, dağlarda gecə 14-18, gündüz 29-34 dərəcə isti olacaq. 
Avqustun 15-16-da Abşeron yarımadasında günəşli hava şəraitinin davam edəcəyi, zəif cənub küləyinin əsəcəyi gözlənilir.