Azərbaycanda ali və orta ixtisas məktəblərinin rus bölməsinə
qəbul olmaq üçün 7042 abituriyent Azərbaycan dili fənnindən imtahan
verəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Movqe.az-a verilən məlumata görə, qəbul qaydalarına
əsasən, ali təhsil müəssisələrinin və tam orta təhsil (11 illik)
bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul
olmaq istəyən abituriyentlər Azərbaycan dili fənnindən test
imtahanı verməlidirlər. İmtahanda iştirak etmək üçün qeydiyyat
martın 1-dən etibarən internet vasitəsilə aparılır və bu proses
martın 31-də saat 23:59-da başa çatacaq. Bu gün saat 14:00-dək olan
məlumata görə, 7042 nəfər rus bölməsinin abituriyenti qeydiyyatdan
keçib. Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili
fənnindən 1-ci imtahan aprelin 26-da, 2-ci imtahan isə iyulun 7-də
keçiriləcək.