Rusiya və Ermənistan baş nazirləri arasında telefon danışığı olub

31 Mart 2015 12:00 (UTC+04:00)

Rusiyanın baş naziri Dmitri Medvedev erməni həmkarı Ovik Abramyan ilə Avrasiya İqtisadi Birlik çərçivəsində inteqrasiya əməkdaşlığını müzakirə edib. Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya hökumətinin mətbuat xidmətinin məlumatında bildirilir."Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya hökumətinin sədri Dmitri Medvedev və Ermənistanın baş naziri Ovik Abramyan arasında telefon danışığı olub. İqtisadi-ticarət və investisiya əməkdaşlığının aktual məsələləri, həmçinin, Avrasiya İqtisadi Birlik çərçivəsində inteqrasiya əməkdaşlığı müzakirə olunub", deyə məlumatda bildirilir.Qeyd edək ki, Qazaxıstan, Rusiya və Belarus 2014-cü ilin mayın 29-da Astanada Avrasiya İqtisadi Birlik haqqında müqavilə imzalayıblar. Müqavilə 2015-ci ilin yanvarın 1-də qüvvəyə minib. Ermənistan 2015-ci ilin yanvarında Avrasiya İqtisadi Birliyə qoşulub. Mayda Qırğızıstanın da AİB-ə qoşulması gözlənilir.