Azərbaycan Qızıl Aypara Cəmiyyəti İranda zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına başlayıb

15 Avqust 2012 18:39 (UTC+04:00)
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına başlayıb. Bu barədə APA-ya AzQAC-dan məlumat verilib. Avqustun 14-də start verilən kampaniyaya artıq 2 min manat (2540 ABŞ dolları) vəsait daxil olub. Bunun 1000 manatını AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, 1000 manatını isə Aypara Humanitar Fondu köçürüb.  Yardım kampaniyasında bütün vətəndaşlar, fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Yardım kampaniyasının bank hesabları belədir:

AZN
Azərbaycan Beynəlxalq Bankı
Sahil filialı Kodu: 805595
VÖEN 9900001881
M/h. AZ03NABZ01350100000000002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Hesab № 33308019449748533210
VÖEN 1700011681

ABŞ Dollar
Azərbaycan Beynəlxalq Bankı
Sahil filialı Kodu: 805595
VÖEN 9900001881
M/h. AZ03NABZ01350100000000002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Hesab № 33318018409748533210
VÖEN 1700011681