Azərbaycanda yeni telefon nömrələri tətbiq edilib
31 Mart 2015 18:00 (UTC+04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
"Aztelekom" İstehsalat Birliyi (İB) CDMA simsiz rabitə ilə "044"
şəbəkə kodunu tətbiq etməklə yeni telefon nömrələrini istismara
verib. Bunu Trend-ə İB-dən
deyiblər.
Nömrələr 210, 211 və 212 (məsələn, 210-xx-xx,
211-xx-xx və 212-xx-xx) rəqəmləri ilə başlayır.
"044" şəbəkə kodunun tətbiqi ilə yeni telefon
nömrələrinin digər mövcud ("222", "208", "277", "274", "271" və s.)
nömrələrdən fərqi ondan ibarərtdir ki, onların satışı respublikanın
bütün ərazisində həyata keçirilir. Halbuki sadalanan prefikslərin
satışı rayonlar üzrə ayrıca aparıla bilər. Məsələn, Gəncədə
abonentlərin CDMA nömrələşdirmə sistemi 044-222-xx-xx, Sumqayıtda
044-208-xx-xx, Şəkidə 044-277-xx-xx və s.
Simsiz telefonları rabitə operatorlarının satış
şöbələrində və telekommunikasiya qovşaqlarında əldə etmək
olar.
Bütün nömrələr ("210", "211" и "212") üzrə aylıq
abunə haqqı 15 manat təşkil edir, bununla belə stasionar və CDMA
nömrələrinə zənglər pulsuzdur.
Mobil operatorların şəbəkələrinə zənglərin və
beynəlxalq zənglərin 1 dəqiqəsinin qiyməti stasionar rabitə
xidmətləri üzrə tətbiq edilən tariflərə uyğun
müəyyənləşdirilir.
2014-cü il yanvarın 1-dən Tarif Şurasının qərarı
ilə zonadan asılı olmayaraq beynəlxalq danışıqılar üzrə tarif 1
dəqiqəyə görə 32 qəpik müəyyən edilib.