Dünyanın 10 ən təhlükəli ölkəsi

1 Aprel 2015 14:51 (UTC+04:00)

Vaşinqtonda yerləşən IntelCenter təşkilatı dünyanın ən təhlükəli ölkələrinin siyahısını dərc edib. Movqe.az-ın məlumatına görə, təşkilat araşdırmanı terrorçular və silahlılarla bağlı vəziyyətə əsasən hazırlayıb. İraq, Əfqanıstan, Pakistan və Ukrayna dünyanın 10 ən təhlükəli ölkələri sırasında yer alıb.Belə ki, İraq və Suriya təhlükəli ölkələr sırasında ilk 2 yeri tutur.Onluqdakı Nigeriya üçüncü, Somali dördüncü, Əfqanıstan beşinci, Liviya altıncı, Yəmən yeddinci, Pakistan səkkizinci, Ukrayna doqquzuncu, Misir onuncu sırada qərarlaşıb.