İl ərzində mobil telefonların satışı 2,3 faiz azalıb
16 Avqust 2012 12:01 (UTC+04:00)
Gartner analitik şirkəti bu gün hesabat dərc
edərək cari ilin ikinci rübündə dünya bazarında mobil telefonların
satışının bir il əvvəlin analoji dövrünün səviyyəsindən 2,3 faiz
azalmasını açıqlayıb.
Şirkət qeyd edir ki, azalma istehlakçılar tərəfindən iPhone 5
modelini gözləməsi, eləcə də istehlak tələbatını saxlayan mürəkkəb
iqtisadi vəziyyət fonunda baş verir.
Mobil telefonların ümumi satışının ən çox hissəsi Samsung, Nokia və
Apple şirkətlər üçlüyünün payına düşsə də, ilk beşlikdə həmçinin
ZTE və LG Electronics şirkətləri yer ala bilib.
Android əməliyyat sistemi bütün yeni qurğuların 64,1 faizində, iOS
isə 18,8 faizində quraşdırılıb.