Bakıda əqrəb sancması ilə bağlı təcili yardıma müraciət edənlərin sayı artıb

16 Avqust 2012 12:57 (UTC+04:00)
Bu ilki yay mövsümündə Bakıda əqrəb sancması ilə bağlı təcili yardıma müraciət edənlərin sayı 43 nəfərə çatıb. Onlardan 35-i xəstəxanaya yerləşdirilib. Bu barədəAPA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, dünən Bakıda 2 nəfəri əqrəb sancıb. Xəzər rayonu Şüvəlan qəsəbəsində 20 yaşlı hərbçi , Sabunçu rayonu Maştağa qəsəbəsində isə 21 yaşlı qız əqrəb sancması ilə bağlı xəstəxanaya yerləşdirilib.