Barak Obama İlham Əliyevə təbrik məktubu göndərib
17 Avqust 2012 11:24 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama Ramazan
bayramı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik
məktubu göndərib.
APA-nın məlumatına görə, məktubda
deyilir: "Ramazan ailələrin və icmaların xoş niyyət, savab iş,
nəcib əməllər ənənəsinin qeyd edildiyi bayramdır.
Bu müqəddəs bayramı qeyd etdiyiniz bir vaxtda Amerika xalqı adından
Sizə və xalqınıza ən xoş arzu və diləklərimi yetirirəm. Ümidvaram
ki, müqəddəs Ramazan ayı bütün müsəlmanlara səxavət və mənəvi
saflıq gətirəcək.
Qoy qarşıdan gələn bayram Sizə və xalqınıza sülh, cansağlığı və
rifah gətirsin. Ramazan bayramınız mübarək!"