Ölkəmizə titullu idmançılar gələcək
4 Aprel 2015 21:10 (UTC+04:00)
Mayın 6-dan 10-dək ölkəmizdə "Tour d’Azerbaidjan-2015" veloyürüşü
təşkil olunacaq.Movqe.az Goal.az-a istinadən xəbər verir ki,
idmançılar arasında kifayət qədər tanınmış velosipedçilər olacaq.
Onlardan biri ABŞ-ın "Airgas-Safeway Cycling" komandasının üzvü
Kris Hornerdir. O, 2013-cü ildə "Radio Shack" komandasının
heyətində "Vuelta" yarışının qalibi olub.