Ən “kobud” ölkələr siyahısı açıqlanıb
12 Aprel 2012 14:30 (UTC+04:00)
İstifadəçilərinə münasib qiymətə təyyarə bileti tapma imkanı təmin
edən bir internet səhifəsi, üzvlərinə "Getdiyiniz ölkələrdən ən çox
hansında yerli xalqın kobud rəftarlarına məruz qaldınız?" deyə
soruşulub.
ABŞ mətbuatında da geniş yer tapan və 1200 adamın iştirakı ilə
reallaşan bu sorğu nəticəsində Fransa 34 ölkə arasından turistlərə
ən kobud davranan ölkə seçilib.
Fransadan sonra siyahıda Rusiya, İngiltərə və Almaniya yer alıb.
Rusiyanın ikinci olmasına təəccüblənən "Skyscanner"in rus satış
müdiri Tatyana Danilova, "Rus dili ingilis dili qədər nəzakətli bir
dil deyil, buna görə də, Ruslar söyləmək istədiklərini ingiliscə
ifadə edən zaman deyilənlər qarşı tərəfdən kobud qəbul edilə bilir"
deyə fikrini bildirib.
1200 adamın iştirakı ilə reallaşan sorğuda 34 ölkə arasında ABŞ
7-ci sırada, Türkiyə isə 11-ci sırada yer alıb.
Səs azlığı ilə Filippin, Karib Adaları və Braziliya turistlərə ən
kobud davranan ölkələr sıralamasında son sırada iştirak edərək ən
qonaqpərvər ölkələr seçilib.
Ziba Yusifova