Məlumatda deyilir ki,
axtarış aparılan zaman Artak Gevorkyanın İrəvan şəhəri, Teryan
küçəsində yerləşən evindən "Baykal" markalı pnevmatik silah
aşkarlanıb. Amma maraqlısı bu deyil.
Maraqlı olanı odur ki, deputatın həbsdə olan oğlunun evindən eyni
zamanda Azərbaycanda iki evin "kupça"ları da tapılıb. Məlumatda
deyilir: "Bakının Nərimanov və Səbayel rayonlarında ayrı-ayrı
küçələrdə yerləşən iki mənzilin kupçası götürülüb. Həmin yaşayış
evləri azərbaycanlıların adına olub".
Məlumatda bildirir ki, erməni polisi həmin kupçaların deputat
oğlunun evinə necə düşməsini araşdırır.
Onu da bildirək ki, Artak Gevorkyan 18 iyul tarixində İrəvan vaxtı
ilə gecə saat 03:35-də İrəvan şəhəri Armavir polis bölməsinə Virab
A. adlı şəxs tərəfindən gələn şikayət əsasında həbs olunub. 1987-ci
il təvəllüdlü şikayətçi bildirib ki, "Qaz-24" markalı maşından
çıxan tanımadığı şəxs onun başına tapança dayayaraq ona məxsus olan
"VAZ-2106" markalı maşını əlindən alıb. Və bundan sonra hadisənin
günahkarı kimi yaxalanan deputat oğluna qarşı Armavir polis
şöbəsində Ermənistan CM-nin 183-cü maddəsinin 1-ci bəndi, 183.3.3,
235.1 maddələri ilə cinayət işi qaldırılıb. Erməni mətbuatının
yazdığına görə, hələlik Bakıdakı evlərlə bağlı deputat oğluna hər
hansı ittiham irəli sürülməyib.