İranda yenidən zəlzələ olub

17 Avqust 2012 12:54 (UTC+04:00)
İranda növbəti zəlzələ baş verib. AMEA Respubika Seysmoloji Xidmət MərkəzindənAPA-ya verilən məlumata görə, zəlzələ avqustun 16-da saat 22:14-də İran ərazisində qeydə alınıb.10 km dərinlikdə bağ verən zəlzələnin episentrdə maqnitudası 5.00 olub. Yeraltı təkanlar Azərbaycan Respublikasının İran İslam Respublikası ilə həmsərhəd yaşayış məntəqələrində 3 baldan 2 bala qədər hiss olunub.