Fransanın Azərbaycandakı səfirliyi viza şöbəsini müvəqqəti bağlayacaq

17 Avqust 2012 17:23 (UTC+04:00)
Fransanın Azərbaycandakı səfirliyinin viza şöbəsi bağlanacaq.
Səfirlikdən APA-ya verilən məlumata görə, şöbənin bağlanması viza üçün müraciət edən şəxslərin qəbulunu yaxşılaşdırmaq məqsədilə həyata keçirilən təmir işləri ilə əlaqədardır. 
Viza şöbəsi 2012-ci ilin 7-22 sentyabr tarixləri arasında olan müddətdə 5 iş günü ərzində bağlı olacaq. Şöbənin bağlı olacağı günlərin dəqiq tarixləri barədə ən gec avqustun 27-dək məlumat veriləcək.