Faruk Şaraa təxminən
10 gün əvvəl Dəməşqdən yoxa çıxıb. "Al-Arabiya" telekanalının
məlumatına görə, o, postunu tərk edib və İordaniyaya gedib. Hələlik
bu məlumat rəsmi mənbələr tərəfindən şərh edilmir.
"Suriya Azadlıq Ordusu"nun rəsmi nümayəndəsi Luey əl-Mikdad isə
bəyan edib ki, vitse-prezident sui-qəsddən narahat olaraq Dəməşqi
tərk edib: "O, paytaxtı bir qrup yüksək vəzifəli zabit və qohumları
ilə bir yerdə tərk edib".
Əl-Mikdad siyasətçinin təhlükəsiz yerdə olduğunu da vurğulayıb.
Bununla yanaşı, o, həmin yerin hansı ölkədə olduğunu
açıqlamayıb.
Qeyd edək ki, avqustun 16-da vitse-prezidentin qardaşı oğlu Yuurab
Şaraanın da İordaniyaya getdiyi məlum olub. Yuurab oradan Suriya
ordusuna müraciət edərək xalqın tərəfinə keçməyə və Bəşər Əsəd
rejiminə qarşı çıxış etməyə çağırıb.
Faruk Şaraa Suriyanın vitse-prezidenti postunu 2006-cı ildən tutur.
Buna qədər isə 20 il ərzində Suriya xarici işlər naziri postunu
tutub.
Qeyd edək ki, Faruk Şaraadan əvvəl vitse-prezident postunu tutan
Abdel Həlim Haddam da 7 il əvvəl ölkədən qaçıb və hazırda Fransada
yaşayır.