Azərbaycan ərazisində güclü külək əsəcək
18 Avqust 2012 20:05 (UTC+04:00)
Bakı və Abşeron
yarımadasında avqustun 19-da hava şəraitinin dəyişkən buludlu,
əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Ekologiya və
Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentindən APA-ya
verilən məlumata görə, havanın temperaturu gecə 21-26, gündüz 29-34
dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan,
Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti
olacaq.
Azərbaycanın rayonlarında avqustun 19-da əsasən gecə və axşam bəzi
dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış
yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 30-35, dağlarda gecə 12-17,
gündüz 24-29 dərəcə isti olacaq.
Avqustun 19-da Abşeron yarımadasında hava şəraitinin əsasən
yağmursuz keçəcəyi gözlənilir.