Azərbaycanın bəzi rayonlarında leysan yağacaq, dolu düşəcək
20 Avqust 2012 12:17 (UTC+04:00)
Bakı və Abşeron yarımadasında avqustun 21-də
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər
bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində əsasən
yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
DepartamentindənAPA-ya verilən
məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 25-29 dərəcə isti
olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna,
Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27
dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam şimşək
çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan
xarakterli intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi
ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın
temperaturu gecə 19-24, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz
20-25 dərəcə isti olacaq.