Rihanna hüquq müdafiəçilərini qəzəbləndirdi
20 Avqust 2012 17:35 (UTC+04:00)
Məşhur müğənni Rihannanın müsahibəsində keçmiş
sevgilisi Kris Brounu müdafiə etməsi qalmaqala səbəb olub.
Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, müğənni
2009-cu ildə onu döyərək xəstəxanaya düşməsinə səbəb olan şəxs
haqqında müsbət danışması müğənnini qınaq obyektinə çevirib. O,
tanınmış aparıcı Oprah Vinfreyə müsahibəsində bildirib ki, keçmiş
sevgilisinin fiziki güc tətbiq etməsinə baxmayaraq, onun üçün çox
darıxır: "O, məni döyəndə onun üçün daha çox narahat oldum. Hər kəs
onu pislədi. Krisin yardıma ehtiyacı var. O, mənim ən yaxşı dostum
idi, ən yaxşı dostumu itirdim. Onun üçün çox
darıxıram".
Qadın haqlarını müdafiə edən təşkilatlar isə
Rihannanın müsahibəsini, eləcə də sevgilisi ilə barışmağa
çalışmasını zorakılığa məruz qalan qadınlara pis nümunə olduğunu
bildirib. Bir neçə qurum müğənnini kəskin şəkildə qınayıb.