Yunanıstanda seçkilərin keçirilmə tarixi müəyyənləşib

12 Aprel 2012 15:19 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, Yunanıstanın baş naziri Lukas Papadimos mayın 6-sı erkən seçkilərin keçiriləcəyini açıqlayıb. Sorğular Paso və Yeni Demokratiya üçün məğlubiyyətə işarə edir.
Papadimos yeni rəhbərlik təşkil olana qədər qədər vəzifəyə davam edəcəyini qeyd edib.
64 yaşındakı iqtisadçı Papadimos hökumətin rəhbərliyinə beş ay əvvəl, Paso hökumətinin dərinləşən borc böhranı zamanı istehfa verməsindən dərhal sonra gəlib.
Ölkə iqtisadiyyatında həyata keçirilməsi nəzərdə tutulan bir sıra yeni və köklü islahatların seçkilərdə xalq dəstəyini almış hökümət tərəfindən tətbiq olunması hədəflənib. Elə bu səbədən də erkən seçki qərarı bir müddət uzadılıb. Lakin keçiriləcək seçkilərdə kimin qalib gələcəyi müəyyən deyil.
Ölkədə siyasi qeyri-sabitliyin və inamsızlığın davam etməsi digər Avropa ölkələri üçün də risk yarada bilər.
Yunan iqtisadiyyatı son dörd ildə 16% azalıb, işsizlik isə 20%-ə qədər artıb.
Papadimos isə xalqa səbirli olmağa çağırıb: "Olduğumuz vəziyyətdən çıxmaq istəyiriksə, öz gücümüzlə mübarizə etməli və xaricə bağımlılığımızı azaltmalıyıq'' .


Əfqanə Məzahirqızı