2016-cı ilədək planşetlərin satış həcmi noutbukları üstələyəcək
22 Avqust 2012 13:49 (UTC+04:00)
Movqe.Az xəbər verir
ki, "DisplaySearch" şirkətinin analitikləri yaxın illərdə planşet
kompyuterlərin satış həcminə görə noutbukları ötəcəyini hesab
edirlər.
"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına
istinadən bildirir ki, 2012-ci ilin ikinci rübündə dünyada təxminən
24,4 milyon planşet satılıb.
Bazarda "Apple" şirkəti ən böyük istehsalçı olaraq qalır. Belə ki,
şirkət aprel-iyun ayları ərzində 17 milyon "iPad" planşet
kompyuteri satıb. Proqnozlara görə, 2012-ci ildə planşet
satışlarının həcmi 119 milyon, 2013-cü ildə 190-200 milyon təşkil
edə bilər.
Analitiklər hesab edirlər ki, 2016-cı ilədək planşet kompyuterlərin
satış həcmi noutbukları üstələyəcək. Beləliklə, onların satış həcmi
375 milyona bərabər olacaq.