“Elçibəyin məzarının açılmasına heç bir halda icazə verməyəcəyik”
23 Avqust 2012 16:59 (UTC+04:00)
Bunu APA-ya açıqlamasında eks-prezident Əbülfəz
Elçibəyin xanımı Həlimə Əliyeva bildirib. O, ailəsinin bu məsələ
ilə bağlı mövqeyini də açıqlayıb: "Ailəmizin yekdil mövqeyi bundan
ibarətdir ki, heç bir halda Elçibəyin məzarının açılmasına icazə
verməyəcəyik. Tutaq ki, zəhərlənmə faktı təsdiqləndi, bunun
məsuliyyəti kimin boynuna qoyulacaq?"
H. Əliyeva hazırda Bakıda olmadığı üçün Elçibəyin adı ətrafında
Fazil Qəzənfəroğlu və Xanım Xəlilova arasındakı mübahisədən
xəbərsiz olduğunu söyləyib.