90 dollara 2 nüvəli mini-kompyuter istehsal edilib

23 Avqust 2012 18:34 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Amerikanın "Oval Elephant" şirkəti "Android" platforması ilə işləyən ikinüvəli mini-kompyuterə ilkin sifarişləri qəbul etməyə başlayıb. Fləş-kart ölçüsündə olan qurğunun çəkisi təxminən 40 qram təşkil edir.

Kompyuter 1,2 QHs takt tezliyində işləyən "ARM Cortex-A9" prosessoru, "Mali 400" çipi ilə təchiz edilib.
"tech.onliner.by" saytına istinadən bildirir ki, mini-kompyuter 1 QB əməli yaddaş, məlumatların saxlanılması üçün 4 QB, "microSD" kartları üçün slot, "Wi-Fi" modulu, "USB 2.0" konnektoru və "HDMI" interfeysi ilə təchiz edib.