Breivik 21 il həbsdə olacaq

24 Avqust 2012 14:55 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Norveçdəki məhkəmə 77 adamın ölümündə təqsirləndirilən Behring Breivikin psixoloji durumunun yerində olduğunu təsdiqləyib. Məhkəmənin qərarına görə, Breivik ən az 21 il həbsxanada qalacaq.

Norveçdə 22 İyul 2011-ci ildə hökumət binalarına bomba hücumu və Utoya adasında gənclik düşərgəsinə silahlı hücum edərək 77 adamı öldürən Anders Behring Breivikin cəzası müəyyənləşdirilib.

Məhkəmə heyəti Breivikin ağıl sağlamlığının yerində olduğuna qərar verib. Qərara görə, Breivik ən az 21 il həbs çəkəcək. Prokuror, Breivikin psixoloji durumunun yerində olmaması ilə bağlı məlumat vermisdi.

Norveçin paytaxtı Oslodakı Bölgə Məhkəməsində bu gün qüvvəyə minən qərarın dinlənilməsində həbsxanadan gətirilən Anders Breivik və vəkilləri qatılıb.