Hədəfim İsrail deyil
12 Aprel 2012 16:55 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, Almaniyalı yazıçı Günter Grass
İsrailə qarşı yazdığı tənqidi şeir barəsində aldığı
reaksiyalar səbəbindən geriyə addım atıb.
Grass şeirdə ümumi mənada İsraili tənqid etmək istəmədiyini,
problemin İsrailin Baş naziri Binyamin Netanyahuda olduğunu
söyləyib. Yazıçı "Şeirdə ümumi mənada İsrail sözünü istifadə
etməmişəm" deyib. Mən hökuməti tənqid etmişəm. Netanyahu ölkəyə ən
çox zərər verən şəxsdir" .
Grassa qarşı olan reaksiyalar səngimək bilmir. İctimai
Demokratiya Partiyası Grassın əyalət seçkiləri üçün
kampaniya dəstəkçiləri arasından çıxarıldığını söyləyib. İsrail
Yazıçılar dərnəyi də Grassı üzrxahlıq etməyə çağırıb. Ancaq
Alman sülh aktivistləri Grassı dəstəkləyiblər. İsrailin
Berlin üzrə olan köhnə səfiri Avi Primor isə bir şeirə
görə İsrail tərəfindən 'istənməyən adam "elan edilən və
İsrailə girişi qadağan edilən Grassa yönləndirilmiş reaksiyaların
şişirdilmiş olduğunu söyləyib.
Əfqanə Məzahirqızı