Azərbaycanda rezidenturaya hazırlaşanlar üçün ikinci sınaq imtahanı keçirilib
26 Avqust 2012 21:29 (UTC+04:00)
Bu gün Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası (TQDK) rezidenturaya hazırlaşan namizədlərə kömək
məqsədi ilə ixtisas fənləri üzrə sınaq imtahanı keçirir.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda
iştirak etmək istəyən namizədlər avqustun 13-dən etibarən internet
vasitəsi ilə qeydiyyatdan keçiblər.
Sınaq imtahanları Bakı şəhərində keçirilir. Başqasının şəxsiyyət
vəsiqəsi ilə yazılmış namizədlər imtahan binasına
buraxılmayacaqlar. İmtahana mobil telefon, kalkulyator və digər
köməkçi vasitələrin gətirilməsi qəti qadağandır.
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi sentyabrın 8-də,
ikinci mərhələsi sentyabrın 9-da keçiriləcək.