İran parlamentinin komissiya sədri Suriya prezidenti Bəşər Əsədlə görüşüb
27 Avqust 2012 11:18 (UTC+04:00)
Suriyada səfərdə olan İran
parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının
rəhbəri Əlaəddin Burucerdinin başçılıq etdiyi nümayəndə heyəti bu
ölkənin prezidenti Bəşər Əsədlə görüşüb. APA-nın "Mehr" xəbər agentliyinə istinadən
verdiyi məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin daha da
inkişaf etdirilməsi, Suriyadakı böhran və digər məsələlər əsas
müzakirə mövzusu olub. Görüş haqda ətraflı məlumat
verilməyib. Səfər çərçivəsində Ə. Burucerdi Suriya
parlamentinin sədri Məhəmməd Cihad əl-Lahhamla da
görüşüb.