İran Azərbaycana yeni səfir təyin etdi

27 Avqust 2012 12:38 (UTC+04:00)

İranın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İranın Azərbaycandakı yeni səfiri Möhsün Pak Ain olacaq.  O, indiyədək ölkəsinin Tailand, Özbəkistan və Zambiyada səfiri olub.