2 helikopter qaldırıldı
27 Avqust 2012 13:57 (UTC+04:00)
Avqustun 26-da saat 09:21
radələrində Dövlət Yanğından Mühafizə Xidmətinə Şamaxı rayonu,
Osmanbəyli kəndinin dağlıq ərazisində quru ot və kol-kos sahəsinin
yanması ilə bağlı məlumat daxil olub. Lent.az-ın Fövqəladə Hallar
Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə
yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki,
yanğının meşə zolağına keçmə ehtimalı var.
Dərhal FHN-in
DYMX-nın canlı qüvvə və texnikası, həmçinin Aviasiya Dəstəsinin iki
helikopteri yanğının söndürülməsinə cəlb olunub. Yanğın saat 21:35
radələrində məhdudlaşdırılıb və meşə zolağına keçməsinin qarşısı
alınıb. Yanğının sahəsi 20-25 ha ərazini əhatə
edib. Hal-hazırda ayrı-ayrı yanğın ocaqlarının söndürülməsi
işi davam edir.