Bakı sakininin 735 450 dollarını qarət edən şəxs tutulub

27 Avqust 2012 15:56 (UTC+04:00)
Azərbaycanda külli miqdarda pul oğurlayan şəxs həbs olunub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirlik əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da Bakı şəhər sakini Bəhruz Namazovu Yasamal rayonu ərazisində, tapançaya oxşar əşya ilə hədələyərək, içərisində 735 450 dollar pul olan çantasını ondan almış Qəbələ rayon sakini Elçin Abdullayev müəyyən edilərək tutulub. 
Araşdırmalar zamanı E.Abdullayevin Sankt-Peterburq şəhərinin Baş Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsi ilə (qanunsuz olaraq odlu silah gəzdirmə) axtarışda olması müəyyən edilib. Cinayətin digər iştirakçılarının da müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.