Almaniyanın "HypoVereinsbank"ı da
istintaqın nəzarəti altındadır. Bu maliyyə qurumu 2005-ci ildən
"UniCredit"in filialı kimi fəaliyyət göstərir.
Bir müddət öncə Britaniyanın da iki bankına qarşı oxşar ittiham
irəli sürülüb.
Bu ilin yanvranda "UniCredit"dən bildirmişdilər ki, bankın
qruplarından birinin üzvü sanksiya rejiminin pozulması ilə bağlı
ifadə verib.
Ancaq indi bank İranla birbaşa maliyyə əməliyyatı apardığından belə
söz açmır.
Xatırladaq ki, bu ilin iyulunda ABŞ Senatı İranın "çirkli pulları"
yuması ilə bağlı hesabatını açıqlamışdı. Avqustda isə ABŞ-ın
Maliyyə Nəzarəti orqanı Britaniyanın "Standard Chartered" bankını
ittiham edib.
Mənbə bildirib ki, ingilislərin bu maliyyə qurumu İranla
qeyri-leqal bank əməliyyatı apararaq, 250 milyard dolları "yuyub".
ABŞ-ın nəzarət qurumu bu bankı "dələduz təşkilat"
adlandırıb.