Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, yağış yağacaq
28 Avqust 2012 14:29 (UTC+04:00)
Bakı və Abşeron
yarımadasında avqustun 29-da hava şəraitinin az buludlu, əsasən
yağmursuz keçəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində zəif
duman olacağı gözlənilir.
Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya
və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentindən APA-ya
verilən məlumata görə, havanın temperaturu gecə 20-25, gündüz 33-38
dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna,
Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28
dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 29-da havanın əsasən yağmursuz
keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı, lakin axşam
dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli az
yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17,
gündüz 29-34 dərəcə isti olacaq.
Avqustun 29-da ölkə ərazisində hava şəraitinin nisbətən sabit, gün
ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.