İngilis polisi, Esseks ərazisindəki aslan axtarışına son verdiyini açıqlayanda bölgə sakinləri "çox böyük bir heyvan" gördüklərindən əmin olduqlarını söyləyirlər.
Polis, bölgə sakinlərinin xəbərləri üzərinə dünən gün boyu ölkənin cənub şərqində aslan axtarıb. Heç bir izə rast gəlməyən Esseks polisi, "sakinlərin gördükləri böyük bir ev pişiyi ya da vəhşi bir pişik ola bilər" açıqlamasını verib. Hadisənin "zarafat" olduğu ehtimalı üzərində isə dayanılmadığı bildirildi.