Bu günə gözlənilən hava şəraiti
29 Avqust 2012 11:17 (UTC+04:00)
Movqe.Az xəbər verir ki,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin məlumatına görə Bakıda
və Abşeron yarımadasında avqustun
29-da hava şəraitinin az buludlu,
əsasən yağmursuz keçəcəyi, gecə və səhər yarımadanın bəzi
yerlərində zəif duman olacağı gözlənilir. Cənub küləyi axşam
şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 20-25, gündüz 33-38
dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun
temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada
25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx,
Sahildə 27-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə
avqustun 29-da hava əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif
duman olacağı, lakin axşam dağlıq və dağətəyi rayonlarda şimşək
çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi
əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38,
dağlarda gecə 12-17, gündüz 29-34 dərəcə isti
olacaq.
Avqustun 29-da ölkə ərazisində hava şəraitinin
nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi
gözlənilir.