ABŞ Dövlət
Departamenti konqresmen Dana Rorabaxerin dövlət katibi Hillari
Klintona Cənubi Azərbaycanın Azərbaycan Respublikasına birləşməsi
ideyasının dəstəklənməsi barədə məktub göndərdiyini təsdiqləyib.
Lent.az-ın ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, bunu
Dövlət Departamentinin rəsmi təmsilçisi Viktoriya Nuland keçirdiyi
brifinqdə söyləyib.
Viktoriya Nuland deyib ki, Hillari Klinton Cənubi Azərbaycanın
Azərbaycan Respublikasına birləşdirilməsi ideyasının dəstəklənməsi
barədə konqresmenin məktubuna cavab verib. Ancaq cavab məktubunun
detalları açıqlanmayıb.
Qeyd edək ki, Dana Rorabaxer məktubunda yazıb ki, İranda etnik
azərbaycanlıların üstünlük təşkil etdiyi Şərqi və Qərbi Azərbaycan
əyalətləri var, azərbaycanlıların vətəni bölünüb: "1828-ci ildə
imzalanan Türkmənçay müqaviləsi ilə Azərbaycan ərazisi Rusiya və
İran arasında bölünüb. ABŞ-ın Azərbaycan və İsraillə hərbi
əməkdaşlıq etməsi yaxşı olar, çünki İran hər iki ölkənin
düşmənidir".