“Qazanmaq üçün bir az daha zaman lazımlı”

29 Avqust 2012 16:18 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd, ölkəsində yaşanan qarşıdurmanı qazanmaq üçün hələ zamana ehtiyac olduğunu söylədi. Əsəd, Suriya torpaqlarında tampon bölgə yaradılmasıyla əlaqədar müzakirələrin də "həqiqət" olmadığını ifadə etdi.

Suriya lideri Bəşər Əsəd ölkəsindəki siyasi böhran və zorakılıqlarla əlaqədar dövlətinə yaxın olan "Əl Dünya" televiziyasına danışdı.

Əl Dünya"da bu axşam yayımlanması planlaşdırılan müsahibədə, Suriya prezidenti Bəşər Əsəd təəccüblü şərhlərdə verib.

Suriyadakı vəziyyətin getdikcə düzəldiyini iddia edən Əsəd, yaşanan qarşıdurmanı qazanmaq üçün zamana ehtiyacı olduğunu söylədi. Suriyada tampon bölgə yaradılması mövzusunda beynəlxalq ictimaiyyətin apardığı müzakirəni "həqiqi" olmadığını iddia edən Bəşər Əsəd, müxaliflərə qatılan əsgər, diplomat və siyasətçilərin rəhbərlik etdiyi rejimin özünü təmizləmə əməliyyatı olaraq gördüyünü ifadə etdi.