Azərbaycanda 40 vaqon hərraca çıxarıldı
29 Avqust 2012 16:30 (UTC+04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi vaqon hərraca
çıxaracaq. Lent.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinin
rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 25-də 40
ədəd istismar müddəti bitmiş refrijerator vaqonları (avadanlıqsız)
hərraca çıxarılacaq.
Hərraca çıxarılacaq vaqonlar 1980-1981-ci
illərdə istehsal olunub və qiymətləri 475-485 manat arasında
dəyişir.