“Bizə işçi lazımdır”

29 Avqust 2012 17:14 (UTC+04:00)

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti su kəməri təsərrüfatında nəzarətçi işləmək istəyən ali təhsilli şəxsləri işə dəvət edir. İş üçün müraciət etmək istəyənlərin yaşı 35-dən çox olmamalı, insanlarla ünsiyyət qura bilmək bacarığına malik olmalıdırlar. MəlumatıModern.az-a "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilblər.

Qeyd edək ki, su kəməri təsərrüfatında nəzarətçinin işi sayğac göstəricilərini çıxarmaq, bildirişlər paylamaq, müqavilələr bağlanmasını təmin etmək və inventarizasiya aparmaqdan ibarətdir.


Maraqlanan şəxslər CV-lərini mövzu bölümünə NƏZARƏTÇİ yazmaqla[email protected]elektron ünvana göndərə bilərlər.