Xəzərin hüquqi statusuna dair novbəti danışıqlar sentyabrın 26-27-də Aşqabadda keçiriləcək
29 Avqust 2012 20:41 (UTC+04:00)
Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi
üzrə xüsusi işçi qrupun Xəzəryanı ölkələrin xarici işlər
nazirlərinin müavinləri səviyyəsində növbəti toplantısı sentyabrın
26-27-də Aşqabad şəhərində keçiriləcək.
Bu barədəAPA-ya Türkmənistanın
Azərbaycandakı səfiri Toylı Komekov məlumat verib. O bildirib ki,
hazırda Xəzəryanı ölkələrin dövlət başçılarının 2010-cu il noyabrın
18-də Bakıda keçirilmiş sammitinin qərarlarının icrası ilə bağlı
ölkələrin balıq təsərrüfatları nümayəndələrinin görüşünə hazırlıq
gedir: "Bakı sammitində bütün Xəzəryanı dövlətlər dənizin
boiresurslarının qorunması və rasional istifadəsi ilə bağlı
Türkmənistanın ideyasını dəstəklədilər".