Bu günə gözlənilən hava şəraiti
30 Avqust 2012 11:48 (UTC+04:00)
Movqe.Az xəbər verir ki,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin məlumatına görə Bakıda
və Abşeron yarımadasında avqustun 30-da hava şəraitinin əsasən dəyişkən buludlu, yağmursuz
keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclü
olacaq.
Havanın temperaturu gecə 20-24, gündüz 25-29
dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun
temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada
25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx,
Sahildə 26-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə avqustun
30-da əsasən gecə və axşam dağlıq və
dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir
güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 30-35,
dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti
olacaq.
Avqustun 30-31-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi,
arabir şimal-qərb küləyinin güclənəcəyi, əsasən dağlıq və dağətəyi
rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir.