Din adamları qılınc hədiyyə etdi
12 Aprel 2012 18:46 (UTC+04:00)
Suriyada "Ərəb Baharı"ndan sonra başlayan iğtişaşlar bir ildən
artıqdır ki, davam edir. Bu gun bu zorakılığa son qoymaq üçün
atəşkəs qüvvəyə minib. Ordu əməliyyatları dayandırdığı bir vaxtda,
müxaliflər ölkə daxilində nümayiş çağırışı edib. Şamda din
adamlarını qəbul edən Əsədə qılınc hədiyyə edilib.
Bu səhər saat 06.00-də qüvvəyə minən atəşkəs sonrasında silahların
susduğu və ordunun əməliyyatlarına son verdiyini təsdiqləyən
Suriyalı müxaliflər, ölkə daxilində nümayiş çağırışı edib. Suriyada
son bir ildə şiddətli hadisələrin mərkəzi olaraq ön plana çıxan
Humus, Hama, Dərə və İdlib kimi şəhərlərin sakit olduğu
göstərilir.
Suriya ordusu əməliyyatlarını dayandırdığı vaxtda Bəşər Əsəd
paytaxt Şamda din adamlarıyla görüşüb. Görüşdən sonra din adamları
Suriya prezidenti Bəşər Əsədə bir qılınc hədiyyə ediblər.
Paytaxt Şamdan gələn xəbərlər də döyüşlərin dayanmasından xəbər
verir. Suriyalı müxaliflər isə, xalqı Bəşər Əsəd rəhbərliyinə qarşı
etiraz nümayişləri tənzimləməyə çağırıb. Müxaliflər, bu qərarın BMT
və Ərəb Birliyi Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın atəşkəs
planının bir parçası olduğunu açıqlayıblar.
OBAMA, MERKELLƏ GÖRÜŞDÜ
Qərbli ölkələr isə Suriya lideri Bəşər Əsədin "əməliyyatları
dayandırma" və"Annan planını həyata keçirmə" vədinə təmkinli
yaxınlaşırlar. ABŞ-ın paytaxtı Vaşinqtonda toplanan "G-8" ölkələri
xarici işlər nazirlərinin gündəmində Suriya ilk sıranda durur. ABŞ
Başçısı Barak Obama, dünən gecə Suriya mövzusunda Almaniya Baş
naziri Angela Merkellə telefon danışığı aparıb.
ÇİN ATƏŞKƏSDƏN MƏMNUNDUR
Çin isə, Suriya hökumətinin qəbul etdiyi atəşkəs və bəzi
şəhərlərdən silahlı qüvvələrin çəkilməsi qərarından məmnun olduğunu
açıqlayıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Liu Veymin, bu son
vəziyyətin Suriyada qarşıdurmanın azalmasına köməkçi olacağını
söyləyib. Liu, bu qərarın "Suriya məsələsinin siyasi yollarla həll
edilməsində əhəmiyyətli bir addım olduğunu" açıqlayıb.
Tural QABİLOĞLU